30 noyabr 2021
NİZAMİ GƏNCƏVİYƏ HƏSR OLUNMUŞ YENİ NƏŞRLƏRİN TƏQDİMATI
“Nizami Gəncəvi ili” çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovanın həmmüəllif Rauf Şeyxzamanlı olduğu “Musiqi Nizami “Xəmsə”sinin səhifələrində” kitabının (Alla Bayramova, Rauf Şeyxzamanlı. Musiqi Nizami “Xəmsə”sinin səhifələrində. - Gəncə: “Elm” nəşriyyatı, - 2021, - 162 s.) və “Nizami və musiqi” beynəlxalq onlayn konfransının materiallar toplusunun (Nizami və musiqi. Məqalələr toplusu. Elmi redaktor A.H.Bayramova. Bakı: Orxan NPM. – 2021, – 304 s.) təqdimatı olacaqdır. Təqdimat mərasimi 3 dekabr 2021-ci il tarixində saat 16:00-da muzeyin filialı olan Qara Qarayevin Ev Muzeyində keçiriləcəkdir. Azərbaycan Respublikasının Əməkdar artistləri Fəridə Məmmədova, İlham Nəzərovun və Beynəlxalq müsabiqələr laureatı, pianoçu Svetlana Əhmədovanın ifalarında Nizaminin sözlərinə Azərbaycan bəstəkarlarının vokal kompozisiyaları səslənəcəkdir.
Ünvan: Nizami küçəsi, 47/49.
Tədbirdə iştirak etmək üçün COVİD – 19 pasportunun təqdim olunması mütləqdir.
Tədbirlər
|