az | ru | en

17 sentyabr 2021

MİLLİ MUSİQİ GÜNÜ


18 sentyabr ölkəmizdə Milli Musiqi Günüdür. Bu gün Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə bu gün hər il ölkə miqyasında keçirilir. Bu il onunla əlamətdardır ki, Üzeyir bəyin doğum günü həm də otuz illik işğaldan sonra ilk dəfə onun doğulub boya-başa çatdığı vətəni azad Şuşada da qeyd olunacaqdır. Eyni zamanda sevindirici haldır ki, Heydər Əliyev Fondu tərəfindən Şuşada işğal zamanı ermənilər tərəfindən dağıdılan bəstəkarın abidəsinin yerində Üzeyir Hacıbəylinin heykəli yenidən ucaldılmışdır.
17 sentyabr 2021-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Bakı Musiqi Akademiyası ilə birgə Milli Musiqi Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Munis Şərifovun rəhbərliyi ilə muzeyin Qədim Musiqi Alətləri Ansamblı və solistləri Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynovanın, Bakı Musiqi Akademiyasının müəllimləri Nərgiz Kəngərli (f-no), Liliya İmanova (f-no), Məryəm Yusifovanın (f-no) və tələbələri: Mirxalid Məmmədzadə (fleyta), Lalə İbrahimova (vokal), Emin İsmayılovun (vokal) ifalarında konsert proqramı təqdim olunmuş, muzeyin zəngin kolleksiyalarından görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou nümayiş olunmuşdur.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.