az | ru | en

17 iyun 2021
AŞIQ PƏNAH PƏNAHOV


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il tarixli sərəncamının icrası ilə bağlı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi zəngin kolleksiyaları əsasında “Azərbaycan aşıq sənəti muzey materiallarında” rubrikasını davam etdirir. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Pənah Pənahovun (1926-1979) muzeydə qorunan fotoşəkillərini təqdim edirik.
Aşıq Pənah Pənahov Muğan-Salyan bölgəsinin yetirdiyi ustad sənətkarlardandır. Bir neçə il dövrünün ustad sənətkarlarından olan Aşıq Qurban Sadıqovun şagirdi olmuş, aşıq sənətinin sirlərini, saz havalarını, dastanları mənimsəmiş, bir sənətkar kimi formalaşmışdır. Aşıq Pənah tanındıqdan sonra ansambl yaratmış, aşıqlar dəstəsinə rəhbərlik etmişdir. “Kür” aşıqlar ansamblı onun adı ilə bağlıdır. 1950-1970-ci illərdə aşıqlar arasında xüsusilə fərqlənmiş, festivallarda iştirak etmişdir. Əməkdar mədəniyyət işçisi fəxri adına layıq görülmüşdür. Rayon və Respublika səviyyəli tədbirlərdə həmişə təmsil olunmuş, sənəti ilə siyasi-mədəni proseslərin təbliğatçısına çevrilmişdir. Yaradıcı aşıqdır. Xeyli sayda aşıq mahnısı (“Ana Kürüm”, “Salyan gözəlləməsi”, “Pənah gözəlləməsi” və s.) bəstələmişdir. Yazıçılar İttifaqının üzvü olmuşdur.






Rubrikalar








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.