az | ru | en

16 mart 2021
Zakir Bağırov (16.03.1916 – 8.01.1996)


Bu gün tanınmış Azərbaycan bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi, professor Zakir Cavad oğlu Bağırovun 105 yaşı tamam olur.
Zakir Bağırov Şuşada dünyaya gəlmişdir. 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində fəhlə fakültəsində İ.Aysberqin fortepiano sinfində oxumuş, 1935-ci ildə Moskva Dövlət Konservatoriyası nəzdində musiqi texnikumunda təhsil almışdı. 1939-cu ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına daxil olan Zakir heç iki ay keçməmiş ordu sıralarına hərbi xidmətə çağırılaraq təhsilini yarımçıq saxlamağa məcbur olur. 1939-cu ilən başlayaraq səkkiz il davam edən hərbi xidməti yalnız 1946-cı ildə Mancuriyada başa çatır. 1949-cu ildə Moskva Dövlət Konservatoriyasını bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasıda müəllim(1949-1992), 1970-ci ildən isə musiqi nəzəriyyəsi kafedrasının müdiri işləmişdir.
Bəstəkar “Aygün”, “Qoca Xattabıç”operalarının, “Kəndimizin mahnısı”, “Qaynana” operettalarının, tar üçün konsertlərin, xalq calğı alətləri ücün süitaların, kamera-instrumental əsərlərin, romansların, bir çox teatr tamaşasına və kinofilmə musiqinin müəllifi olmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından sizə “Zakir Bağırov” virtual sərgisini təqdim edirik.





Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.