8 mart 2021
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO -nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də keçirdiyi videokonfrans formatında çıxışında qeyd etmişdir: “BMT Baş Assambleyasının qəbul etdiyi, 11 fevral tarixini “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edən qətnaməyə uyğun olaraq, ICESCO 2021-ci ili “Qadınlar ili” elan etmişdir. Bu, yalnız qadınların cəmiyyətimizdəki roluna verilən əhəmiyyətin təzahürü deyil, həmçinin onların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqidir... Bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib və onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir”.
2021-ci ilin İCESCO tərəfindən “Qadınlar ili” elan etməsi münasibətilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi “Azərbaycan musiqi elminin görkəmli qadınları muzeyimizdə” adlı virual sərgini təqdim edir.
Tədbirlər
|
|