az | ru | en

24 fevral 2021
Xocalı Soyqırımı – XX Əsrin Faciəsi


29 ildir ki, Xocalı soyqırımı Azərbaycan tarixinə XX əsrin ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Son 200 il ərzində Azərbaycan xalqı erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycanlılar tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. XX əsrin sonlarında ermənilər yenidən ərazi sevdasına düşürlər. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideologiyanı reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək cəhdi ilə bu yolda hər cür cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirdi. Xocalı soyqırımı bu aqressiv, cinayətkar erməni siyasətinin nəticəsidir və təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərinə qarşı genosid aktı həyata keçirdi. Dörd aydan artıq blokadada olan Xocalıda yalnız 3 minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideyinini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-nin taleyi indi də məlum deyil. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtaqmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdi. Ermənilər sağ qalmış insanların üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirirdilər. Onların baş dərisi soyulmuş, başlarını və bədənlərinin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yirtmışlar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş patronlardan və kimyəvi silahdan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.
Milli qəhrəman Çingiz Mustafayevin hadisə yerində vaxtında yüksək peşəkarlıq və cəsarətlə apardığı çəkilişlər hər yerdə, hər zaman Ermənistanı məhkum edir. Hər il dünya bu kadrlara Çingizin gözləri ilə baxır.
Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə yaradılmış “Xocalıya ədalət” təbliğat və təşviqat kompaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilir. 53 dövlətin parlamenti Xocalı hadisələrini soyqırım aktı kimi qəbul etmişdir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 2020-ci il sentyabr ayının 27-dən noyabr ayının 10-dək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.


Baxmaq




Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.