az | ru | en

5 fevral 2021
Qara Qarayev (05.02.1918-13.05.1982)


5 fevral 2021-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində Bakı Musiqi Akademiyasının 100 illiyi və Qara Qarayevin doğum günü münasibətilə “Qara Qarayev və Bakı Musiqi Akademiyası” mövzusunda görüş keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış edərək, Rusiya Dövlət Ədəbiyyat və İncəsənət Arxivində aşkar etdiyi Qara Qarayevin arxiv materillarının bir hissəsindən hazırlanmış slayd-şounun təqdimatını etdi. Həmin materialların çoxu ilk dəfə nümayiş olunmuşdur.
Görüşdə Qara Qarayev Ev Muzeyinin müdiri, pianoçu Züleyxa Qarayeva-Bağırova onlayn iştirak etmişdir.
Sonra Qara Qarayevin tələbələri, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Elnarə Dadaşova müəllimləri haqqında xatirələrini danışmışlar. Görüşdə Bakı Musiqi Akademiyasının prorektoru, musiqişünas alim və bəstəkar, professor Gülnaz Abdullazadə, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar, musiqişünas, Bakı şəhəri Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət məktəbinin direktoru, Əməkdar müəllim Adilə Yusifova çıxış etmişlər. Adilə Yusifovanın çıxışı P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının arxivində saxlanılan materiallar əsasında hazırladığı slayd-şou ilə müşayiət olunmuşdur. Görüş zamanı Beynəlxalq Muğam Mərkəzinin direktoru, pianoçu, Xalq artisti Murad Hüseynov Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişdir.
Tədbir karantin şəraitinə uyğun şəkildə keçirilmişdir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.