27 yanvar 2021
100 yaşli musiqi təhsili ocağı
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (Azərbaycan Dövlət Konservatoriyası) yaranmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi yeni rubrikaya başlayır.
Konservatoriyanın yaranmasının təşəbbüskarı və layihə rəhbəri o zaman Azərbaycan Xalq Maarif Komissarlığı nəzdində musiqi şöbəsinə rəhbərlik edən Üzeyir bəy özü olmuşdur. Təhsil ocağı Azərbaycan hökümətinin 1921-cı ilin 26 avqust tarixli qərarına əsasən fəaliyyətə başlayıb. Bəstəkar 1928-29 və 1939-1948-ci illərdə konservatoriyanın rektoru olmuşdur. O, tədrisinin prosesini daim Azərbaycan musiqisini öyrənən kurslarla zənginləşdirməyə çalışırdı. 1925-ci ildə özünün rəhbərliyi ilə “Şərq musiqisini öyrənən sinifi”in, 1933-34-cü tədris ilində ADK nəzdində “xüsusi istedadlı uşaqlar qrupu” yaradılmışdı. 1940-ci ildən konservatoriyanın kollektivi Nizaminin anadan olmasının 800 illiyi münasibətilə keçirilən tədbirldə fəal iştirak etmişdir. 1949-cu ildən təhsil ocağı Üzeyir Hacıbəylinin adını daşıyır.
Tədbirlər
|