az | ru | en

22 yanvar 2021
Nizami Gəncəvi İli


Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş rubrikanı davam edirik.
Nizami yaradıcılığına ilk müraciət edən Azərbaycan bəstəkarı Qara Qarayev olmuşdur. O, hələ Moskva konservatoriyasının tələbəsi olarkən, 1939-cu ilin iyul-avqust aylarında, səs və simfonik orkestr üçün üç təsnif yazmışdır – “Leyli”, “Şirin” və “Sarəncin təsnifi”. Bəstəkar tərəfindən istifadə olunan vokal partiyasının melodiyasını musiqişünas Məmmədsaleh İsmayılov görkəmli xanəndə Cabbar Qaryağdının səsindən yazmışdır. Təsniflərin partiturasının müəllif əlyazması (cəmi 30 səhifə) Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyində qorunub saxlanılır. Bu əlyazmaları muzeyə bəstəkarın qızı Züleyxa xanım Qarayeva-Bağırova 2021-ci ildə Nizaminin yubileyi şərəfinə təqdim etmişdir.





Rubrikalar








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.