az | ru | en

23 noyabr 2020
Üzeyir Hacibəylinin anim günü


23 noyabr 1948-ci il - milli musiqi sənətimizin banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadimi Üzeyir Hacıbəylinin anım günüdür. Üzeyir bəyin yaradıcılıq irsinə xas realizm, millilik, həyatilik, nikbin ruh, yüksək ideya-məzmun, forma mükəmməlliyi və nəhayət, yüksək bədiilik, ənənə və novatorluğun vəhdəti kimi xüsusiyyətlər onun xalqın keçmişi və bugününə, istək və arzularına, sosial-estetik ideallarına sonsuz marağından irəli gəlirdi. Təsadüfi deyil ki, Üzeyir bəyin adı qədimdən-qədim Azərbaycan mədəniyyəti tarixinə yalnız tanınmış bəstəkar deyil, həm də görkəmli mədəniyyət xadimi, musiqi nəzəriyyəçisi, yazıçı-publisist, tərcüməçi, pedaqoq və estetik kimi daxil olub.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarında saxlanılan “Ləzgi rəqsi” (1932) əsərinin orijinal partitura əlyazmasını sizlərə təqdim edirik. Bu əsər 2010-cu ildə muzey tərəfindən cap olunub. (“E.L” Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, Bakı. Redaktor - Alla Bayramova, kompyuter not qrafikası - Yavər Neymətli, məsləhətçi - Sərdar Fərəcov)





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.