8 sentyabr 2020
Üzeyir Hacibəylinin və Müslüm Maqomayevin 135 illiyi münasibətilə
Bu korifeylərə həsr olunmuş silsilələri davam etdiririk. Bu dəfə sizə muzeyin zəngin kolleksiyalarından 1912-ci ildə Üzeyir Hacıbəylinin Müslüm Maqomayevə verdiyi Etibarnaməni təqdim edirik.
Hörmətli cənab Əbdülmüslüm Məhəmməd oğlu
Bu etibarnamə ilə mənə məxsus musiqi əsərlərimin istifadəsi üzrə Sizə müvəkkil səlahiyyəti verirəm. Bunun üçün şəxsi adamlarla, müxtəlif Cəmiyyətlər və şirkətlərlə əsərlərimdən istifadə etmək üçün razılıq əldə etmək, bu məqsədlə Sizin mülahizənizə uyğun şərtlər və qiymət əsasında müxtəlif növ müqavilələr bağlamağı, əsərlərimdən istifadə etmək müqabilində pul almaq və ümumiyyətlə bu iş üzrə məni əvəz etməyi, harada lazımdırsa, yerimə imza etməyi və qanunun tələblərinə uyğun bütün rəsmi işləri yerinə yetirməyi Sizə etibar edirəm. Sizin bütün bu işləri qanuna uyğun olaraq yerinə yetirəcəyinizə inanıram, mübahisə və etiraz etməyəcəyəm. Bu Etibarnamə Əbdülmüslüm Məhəmməd oğlu MAQOMAYEVƏ məxsusdur
Yelizavetpol quberniyası Şuşa şəhərinin sakini Üzeyir bəy Hacıbəyov
Dörd sentyabr min doqquz yüz on ikinci il, bu etibarnamə mən, Moskva Notariusu Sergey Viktorovoç Eqqercin iştirakı ilə, mənim kontorumda, ikinci sahənin Tverskoy hissəsi,Teatr meydanı, Patrikeyevlərin evində aktların yerinə yetirilməsinə qanuni hüquqa malik olması şəxsən mənə məlum olan və bu barədə mənə iltizamnamə verən və Moskvada, ikinci sahənin Basman hissəsi, 19 ¹-li evdə yaşayan, Bakı şəhəri dördüncü sahənin Pristavı tərəfindən 14 iyun 1912-ci ildə beş il müddətinə verilmiş şəxsiyyəti təsdiq edən 125-m ¹-li pasport kitabçasını təqdim edənYelizavetpol quberniyası Şuşa şəhərinin sakini Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov tərəfindən tərtib olunmuşdur. Özü də mən, Notarius təsdiq edirəm ki, bu etibarnamə şəxsən cənab Hacıbəyov tərəfindən imza edilmişdir və ona Notarial Əsasnamənin 137-ci maddəsi bəyan edilmişdir.
Notarius S.Eqqers
Tədbirlər
|