az | ru | en

9 avqust 2020
Azərbaycan musiqi mədəniyyəti dövlət muzeyinin beynəlxalq layihələrdə iştiraki
(07.08.1930-02.06.2013)




Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 2003-cü ildən 2010-cu ilədək Samp/ALAS şəbəkəsi tərəfindən əməkdaşlıq üçün seçilmişdir.
Samp/ALAS muzeylər şəbəkəsi olaraq müştərək layihələrdə, axtarışlarda cəmiyyətin xeyiri üçün muzeylərin inkişafına kömək edən təşkilatdır. Şəbəkənin rəhbəri Elizabet Olofsson (İsveç) idi.
Bu şəbəkəyə 30 ölkənin 55 muzeyi daxil idi. Bu muzeylərdən biri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi idi.
Bu şəbəkə çərçivəsində keçirilən çoxsayli layihələr, seminar və treninqlərdə muzeyin direktoru Alla Bayramova başda olmaqla əməkdaşlar – Rza Bayramov, Aynur Abbasova, Ruhiyə İsmayılova, Nigar Allahverdiyeva, Rüstəm Quluzadə, Asif Əsədli və başqaları iştirak etmiş və Azərbaycan muzeylərinin təcrübəsini xarici ölkə muzeyləri ilə bölüşmüş, muzeylərimizin fəaliyyətini, Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ etmişlər. Eyni zamanda İsveç, Hindistan, Barbados, Kosta-Rika, Filippin, Koreya, Botsvana, Tanzaniya, Cənubi Afrika Respublikası, Nigeriya və s. ölkələrin muzeyləri ilə tanış olmuş, təcrübə mübadiləsi aparmışlar.
Layihə çərçivəsində “A road map to better performance – the importance of motivating Staff” - “Muzey işinin yaxşılaşdırılması yolları - əməkdaşların motivasiyasının əhəmiyyəti” kitabı 2010-cu ildə İsveçdə 4 dildə -Azərbaycan, İngilis, İsveç və İspan dillərində nəşr olunmuşdur. Bu kitab Azərbaycan dilində muzey işınə dair ilk beynəlxalq nəşrdir.
Samp/ALAS layihələrində 7 il iştirak nəticəsində əldə olunmuş təcrübə muzeyin gələcək fəaliyyətində komandada işləmək bacarığını, beynəlxalq layihələrdə iştirak etmək, layihələrin hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi, bu işdə əmələ gələ bilən əngəllər və s. öyrənməyə imkan vermişdir.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.