5 avqust 2020
MUZEYİN FƏXRİ QONAQLARI – YURİ XATUYEVİÇ TEMİRKANOV (10.12.1938)
Dünya şöhrətli dirijor, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatları laureatı Yuri Temirkanov görkəmli dirijorumuz, Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun müşayiəti ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində (13.05.2014)
Yuri Xatuyeviç Temirkanov 1938-ci ildə Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Nalçik şəhərində anadan olub. Sankt-Peterburq Dövlət Konservatoriyasında təhsil alıb. 1966-1972-ci illərdə indiki Sankt-Peterburq (Leninqrad) Kiçik Opera və Balet Teatrında dirijor işləyib. Daha sonra Sankt-Peterburq Akademik Filarmoniyasının Simfonik Orkestrinə rəhbərlik edib, Akademik Opera və Balet Teatrında (indiki Mariinski teatrı) baş dirijor və bədii rəhbər, Böyük Teatrda dəvətli baş dirijor kimi çalışıb. Həmçinin London Kral Filarmonik Orkestrində, Drezden Filarmonik Orkestri və Danimarka Milli Simfonik Orkestrində dəvətli baş dirijor işləyib. Sankt-Peterburq Filarmonik Orkestrinin baş dirijoru Yuri Temirkanov bu gün dünyanın ən şöhrətli dirijorlarından biridir. Yaradıcılıq yolunun ilk illərindən başlayaraq dünyanın məşhur orkestrləri ilə əməkdaşlıq etmişdir. Onun rəhbərliyi ilə orkestr dünyanın ən nüfuzlu festivallarında və məşhur konsert zallarında bütün rus klassiklərinin əsərlərini ifa etmiş, bir çox mükafatlara və fəxri adlara layiq görülmüşdür.
Tədbirlər
|