az | ru | en

24 iyul 2020
Unutmayaq: 23 iyul Ağdam rayonunun işğali günüdür.




23 iyul 1993-cü ildə Azərbaycanin dilbər güşələrindən biri, görkəmli musiqiçilər yetirmiş Ağdam şəhəri erməni faşistləri tərəfindən işğal edilmişdir. Azərbaycan musiqi mədəniyyəti dövlət muzeyində əslən Qarabağin - Ağdamin Gülabli kəndində anadan olmuş, tarzən Qurban Pirimova (1880-1965) məxsus əşyalar nümayiş olunur.
Bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir.
1993-cü ilin iyun-iyul aylarında qeyri-bərabər, qanlı döyüşlərdə 43 gün düşmənə sinə gərmiş müdafiəçilərimiz iyulun 23-də geri çəkilməyə məcbur oldular. İşğalçı erməni silahlı birləşmələri åvlərə od vurdu, mədəniyyət abidələrini dağıtdı, insanların əmlaklarını qarət åtdi, şəhəri tərk ådə bilməyən dinc əhaliyə amansız divan tutdu. Ağdam rayonunun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər.
Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Onlardan on altısı milli qəhrəmandır. Rayonun 160 min nəfər əhalisindən 128 mini ev-eşiyindən didərgin düşüb. Onlar ölkənin 62 şəhər və rayonunda məskunlaşıblar. Ağdamın işğalı güclü iqtisadiyyatı, zəngin mədəni irsi olan bir bölgənin itirilməsi oldu.
Bu gün məcburi köçkün həyatı yaşayan ağdamlıların ən böyük arzusu tåzliklə doğma yurda qayıtmaqdır. Hər bir ağdamlı əmindir ki, ölkəmizin üç rəngli bayrağı yaxın zamanlarda işğal olunmuş Azərbaycan torpaqlarında dalğalanacaq, işğal altındakı torpaqlarımız azad ediləcək.
Sizə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin incilərindən olan xalçanı, Azərbaycan tarzəni, Azərbaycanın ilk Xalq artisti QURBAN PİRİMOVA (04.10.1880-29.08.1965) həmkəndliləri – Ağdamın Gülablı kəndinin sakinləri tərəfindən 75 illik yubileyinə hədiyyə olunmuş xalçanı (1955) təqdim edirik.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.