az | ru | en

9 iyul 2020
“MUSİQİ MUZEYİNİN İNCİLƏRİ” – “DÜNYANIN ƏN GÖZƏL KARMENİ”




Milli səhnəmizdə vokal ifaçılığın, klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk səhnə qaranquşlarından biri də Fatma Muxtarovadır.(26.03.1893-19.10.1972)
Fatma Muxtarova Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuşdu. Doğulandan az sonra ailəsi ilə birlikdə Rusiyaya köçmüş və bir çox şəhərlərdə məskunlaşmış və nəhayət Saratov şəhərində yaşamışlar. Fatma Muxtarova 1914- cü ildə Saratov İmperator Konservatoriyasını bitirmişdir. Moskva, Saratov, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və s. şəhərlərin opera teatrlarında oxumuşdur. 1928-ci ildə Fatma Muxtarova daimi yaşamaq üçün Bakıya köçür və Azərbaycan opera səhnəsinin ən parlaq şəxsiyyətlərindən biri kimi bir-birinə bənzəməyən obrazlar yaradaraq, 1953-cü ilə qədər dövlət opera teatrında işləyir. Tembrinə görə çox xoşagələn, eyni zamanda qüvvətli metso-soprano səsin sahibi, Fatma Muxtarova bu cür səs üçün yazılan çətin partiyaların öhdəsindən çox gözəl gəlirdi. Bunlardan "Qaratoxmaq qadın" operasından Polinanın partiyası, "Mazepa" operasından Lyubovun partiyası, "Çereviçki" operasından Saloxanın partiyası, "Qar qızı" operasından Baharın partiyası, "Çar gəlini" operasından Lyubaşanın partiyası, "Xovanşina" operasından Marfanın partiyası, "Faust" operasından Zibelin partiyası və bir çox başqaları qeyd oluna bilər. Ancaq müğənninin yaradıcılığında Azərbaycan səhnə sənəti tarixinə daxil olan "Karmen" obrazı xüsusi yer tutur. Bir dəfə 1923-cü ildə Bakıya gələn gözəl rus rəssamı İ.Brodski opera teatrında J.Bizenin "Karmen" tamaşasında iştirak etmişdir. Karmen rolunu Muxtarovanın ifasında dinləyərək o, F.Muxtarovanı dünyanın ən gözəl Karmeni adlandırmışdı.
"Karmen" operası ilk dəfə Azərbaycan dilinə gözəl Azərbaycan şairəsi - Nigar Rəfibəyli tərəfindən tərcümə edilmişdir və Fatma Muxtarova 1946-cı ildə Opera Teatrında "Karmen"i Azərbaycan dilində oxuyan yeganə şəxs idi.
Sonralar Muxtarova bir çox mükafatlara, o cümlədən Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülür.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.