27 iyun 2020
“QASTROLÇULAR” - İMA SUMAK BAKIDA
“Qastrolçular” rubrikasında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində məşhur Peru və Amerika müğənnisi Ima Sumaka (Soila Auqusta İmperatris Çavvari del Kastilyo: 13.09.1922-01.11.2008) aid olan materialları təqdim edirik.
1960-ci illərdə İma Sumak dünyanın ən məşhur konsert salonlarında çıxış edir və o zamanlar dünyada demək olar ki, çox da tanınmayan Peru musiqisinin “fəxri səfiri” idi. Pərəstişkarlarının “İnk şahzadəsi” və “And ilahəsi” adlandırdığı İma Sumak caz və Okeaniya, Afrika, Cənubi Amerika musiqisini birləşdirərək şöhrət qazanan parlaq və ekzotik müğənni idi. Misilsiz 5 oktavalı səsə malik idi. Səhnə təxəllüsü keçua (Cənubi Amerika keçua hindi xalqının dili) dilindən tərcümədə “Ah, nə gözəldir” mənasını bildirir.
Dünya turnesinə 1961-ci ildə Moskvada keçirilən Gənclər və Tələbələrin VI Ümumdünya Festivalından sonra, Sovet İttifaqından başlamışdı. Həmin zaman İma Sumak 6 ay ərzində SSRİ-nin bir çox şəhərlərində, eyni zamanda Bakıda da konsert proqramı ilə çıxış etmişdi.
Foto. 1) Ima Sumak.
Ima Sumakın maestro Niyaziyə hədiyyə yazısı ilə fotosu. Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin kolleksiyalarından.
Foto. 2) Soldan sağa: Niyazi, Soltan Hacıbəyov, İma Sumak, Cahangir Cahangirov, Vasif Adıgözəlov və b. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarından.
Tədbirlər
|