23 iyun 2020
YAY – NƏRD OYUNLARI
İsti yay günləridir. Əsrlər boyu azərbaycanlıların sevimli məşğuliyyətlərindən olan nərd oyunu ilin isti fəslində yenə də evlərdən həyətlərə, bağlara, bağçalara daşınır və qızğın yarışlar keçirilir. Uzun illər belə olub, yenə də belədir.
Nərd oyunu Azərbaycanın mədəniyyət xadimlərinin – dirijor və bəstəkar Niyazinin, müğənni Lütfiyar İmanovun, şair Bəxtiyar Vahabzadənin və başqalarının asudə vaxtlarının sevimli oyunlarından idi.
Musiqi Muzeyinin arxivlərində bu anların əks olunduğu fotoşəkilləri sizə təqdim edirik.
Tədbirlər
|