az | ru | en

2 noyabr 2011
Azərbaycan və rus klassik musiqisi axşamı

2 noyabr 2011-ci il tarixində saat 18:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevənlər Klubunda Azərbaycan və Rusiya mədəni əlaqələrinə həsr olunmuş Azərbaycan və rus klassik musiqisi axşamı keçirilmişdir.
Tədbirdə giriş sözü ilə Niyazi mənzil muzeyinin şöbə müdiri Rza Bayramov çıxış etmişdir. Tədbirin aparıcısı Bakı Musiqi Kollecinin müəllimi, musiqişünas Raya Abbasova Azərbaycan və rus bəstəkarlarının yaradıcılıqlarından ətraflı danışmış, Azərbaycan və Rusiya arasında mədəni yaradıcı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmişdir.
Tədbirdə Azərbaycan bəstəkarlarından Q.Qarayev, F.Əmirov, Niyazinin, rus bəstəkarlarından P.İ.Çaykovski, M.Qlinka, A.Darqomıjskinin əsərləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri İlahə Əfəndiyeva, Tural Ağasiyevin, Bakı Musiqi Akademiyasının tələbələri Osman Eyyublu, İlahə Əliyeva, Fəqan Həsənli, Mustafa Mehmandarov, Bülbül adına orta ixtisas musiqi məktəbinin VIII sinif şagirdi Vurğun Vəkilov və başqalarının ifasında səslənmişdir.
Qeyd edilməlidir ki, tədbirin hazırlanmasında muzeyin Klassik Musiqisevənlər Klubunun üzvü Svetlana Leonidovna Ustinovanın böyük əməyi olmuşdur.
Tədbirin qonaqları Klassik Musiqisevənlər Klubunun üzvləri, Bakı Musiqi Akademiyasının professor və tələbələri Bakıdakı Rus icmasının nümayəndələri, Azərbaycan musiqi mədəniyyəti xadimlərinin assosiyası “Luç”, “Sodrujestvo” ictimai təşkilatı, Rusiya Məlumat-Mədəniyyət Mərkəzi, “Vışka” qəzeti nəzdində Ədəbiyyat Birliyi, Bakı Slavyan Universiteti, mətbuat və televiziya işçiləri və başqaları olmuşlar.



Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.