az | ru | en

19 aprel 2020
XATİRƏ: ƏFRASİYAB BƏDƏLBƏYLİ (19.04.1907-06.01.1976)




Görkəmli bəstəkar, dirijor, librettoçu, Xalq artisti Əfrasiyab Bədəlbəyli 19 aprel 1907-ci ildə Bakıda xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun ailəsində anadan olub. Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbdə, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb.
20 yaşında Cəfər Cabbarlının "Od gəlini" pyesinə yazdığı musiqi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib. Xeyli müddət Moskva və Leninqrad opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərib. 1938-ci ildən ömrünün sīnunadək Azərbaycan Dövlət Īpera və Balet Teatrında dirijīr işləyib.
Əfrasiyab Bədəlbəyli 1940-cı ildə, 33 yaşında, "Qız qalası" əsəri ilə ilk Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə "Nizami", "Söyüdlər ağlamaz" operalarını yazıb. Bir çīõ dram tamaşasına ("Hacı Qara", "1905-ci ildə", "Fərhad və Şirin" və s.).musiqi bəstələyib. Azərbaycan radiīsu və televiziyasında milli musiqi sənətini geniş təbliğ edib. 1969-cu ildə "Elm" nəşriyyatı Ə. Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti" kitabını çap etdirir. Uzun illər boyu "Elm və həyat" jurnalının, "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiya heyətinin, "Azərbaycan Sovet Ensiklopediyası" Baş Redaksiyasının üzvü olan Ə. Bədəlbəyli mətbuat orqanlarının səhifələrində ressenziyalar, tənqidi və problematik məqalələr çap etdirmişdir.

Əfrasiyab Bədəlbəyli 1976-cı il yanvar ayının 6-da vəfat etmişdir.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.