az | ru | en

15 aprel 2020
"Faşizm üzərində qələbə uğrunda". Aşıq Mirzə Bayramov hospitalda cəbhədə yaralanmış əsgərlərin qarşısında çıxış edərkən.




Aşıq Mirzə Bayramov hospitalda cəbhədə yaralanmış əsgərlərin qarşısında çıxış edərkən.

“ŞANLI VƏTƏN”
Axmaq düşmən bu yerlərə əl atma,
Can vətəndən, vətən candan ayrılmaz.
Bu el tamam güllüdür, çiçəklidir,
O nə yazdan, nə bahardan ayrılmaz.

Bizim ordu titrədəcək cahanı,
Oyadacaq məzlum olan insanı,
Vurduqca düşməni, axdıqca qanı
Bu qüdrət, bu qüvvət bizdən ayrılmaz.

Axır düşmən qalacaqdır avara,
Bilməyəcək qaçsın hansı diyara,
Biz ki, kömək durruq məzlum xalqlara,
Biz xalqlardan, xalqlar bizdən ayrılmaz.

Hitlerin ordusun dağıdaq, qıraq,
Sovet bayrağını göyə qaldıraq,
Aşıq da vuruşdan qalarmı qıraq?!
Aşıq şeir yazar, sözdən ayrılmaz.

Mən dolannam Azərbaycan elində,
Adım gəzər ellərimin dilində,
Zəfər mahnısıdır sazın telində,
Mirzə də oxuyar, sazdan ayrılmaz.
Aşıq Mirzə Bayramov






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.