az | ru | en

13 aprel 2020
“Faşizm üzərində qələbə uğrunda” ÜZEYİR HACIBƏYLİ




Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur.
“Faşizm üzərində qələbə uğrunda” rubrikasında bu gün Üzeyir Hacıbəylinin II Dünya Müharibəsi illərindəki xidmətlərindən danışmaq istərdik.
Üzeyir Hacıbəyli 1941-1945 –ci illərdə Əsgərlərə xidmət sahəsində Respublikada genişlənən musiqi-hamilik işinin rəhbəri olmuşdur. 1941-ci ildə Radio Komitəsi nəzdində Ü. Hacıbəylinin təşəbbüsü ilə Xalq çalğı alətləri ansamblı təşkil olunmuşdu. Döyüşçülərə xidmət üçün cəbhə konsert briqadaları yaradılmışdı.
Böyük Vətən müharibəsi illərində Ü.Hacıbəyli yenidən mahnı janrına müraciət edir və vətənpərvərlik mahnıları – “Çağırış”, “Yaxşı yol”, “Ananın oğluna nəsihəti”, “Şəfqət baçısı”, “Vətən ordusu”, “Döyüşçülər marşı»” və s. vətənpərvər ruhlu mahnılar, eləcə də xalq çalğı alətləri orkestri üçün “Cəngi»” (1941) pyesini, “Vətən və cəbhə»” (1942) kantatasını, xor və simfonik orkestr üçün “Qələbə himni”(“Zəfər himni”) bəstələmişdir. Üzeyir Hacıbəyli faşizm üzərində qələbə fonduna şəxsi vəsait köçürmüşdür. Üzeyir Hacıbəyli 1945-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Sizə Üzeyir bəyin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxivlərində mühafizə olunan, II Dünya müharibəsi illərində yazdığı mahnıların not kitablarını təqdim edirik.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.