az | ru | en

28 mart 2020
Aşıq sənətinin görkəmli nümayəndələrinin fotoşəkillərini təqdim edirik.




Aşıq sənətinin görkəmli nümayəndələrinin fotoşəkillərini təqdim edirik.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində aşıqların sənəti, şeir kitabları, aşıq havalarının not nümunələri, onların səs yazıları, sənədləri, aşıqların şəxsi əşyaları, fotolar, alətlər, tanınmış aşıqlarımızın musiqi alətləri fəxri yer tutur.
Sizə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından aşıq sənətinin görkəmli nümayəndələrinin fotoşəkillərini təqdim edirik.
Azərbaycan aşıq sənəti — şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin mühüm tərkib hissəsidir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir. Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo oxumaqdır. Sazda çalmaq tarixi inkişaf prosesində tədricən müstəqil bədii əhəmiyyət kəsb etmişdir.
2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir. Klassik aşıq havalarından bayatı, gəraylı, qoşma, təcnis və başqaları poetik formalara əsaslanır."Kərəmi”, "Əfşarı”, "Kürdü”, "Dilqəmi”, "Yanıq Kərəmi” kimi aşıq havalarının ayrı-ayrı variantları mövcuddur. Aşıq sənəti sinkretik xarakter daşıyır.
Burada musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Yəni aşıq yaradıcı, ifaçı, pedaqoji əsasları özündə birləşdirir. Bu cəhətləri özündə cəmləşdirən və şagirdlər tərbiyə edən sənətkarlara “ustad aşıqlar” deyilir. Sənətkarlıq xüsusiyyətlərinə görə aşıqlar üç yerə bölünür:
- Ustad aşıqlar - sinkretik aşıq saz-söz sənətinin ən parlaq şəxsiyyətləri kimi özündə şairlik və bəstəkarlıq istedadı, kamil müğənni, çalğıçı, aktyor və hətta rəqs (plastika) sənətkarlıqlarını və ən başlıcası, təcrübəli və müdrik ustadlığı (müəllimliyi) üzvi birləşdirir.
- İfaçı aşıqlar - qədim saz-söz ənənələrini yaşadan və onu xalq arasında yayan sənət ustalarıdırlar. Azərbaycan xalqının folklorunun qorunması və inkişafında onların böyük xidmətləri var.
- Şair aşıqlar - el şairləri, aşıq sənətinin şeir nümunələrini yaradan, xalq şeirinin inkişafında xidməti olan söz ustadlarıdırlar. Şair aşıqlar şeir yaradıcılığında həmişə ənənəvi havacata əsaslanırlar. Bu da həmin şeirlərin ifaçı-aşıqlar tərəfindən çalıb və oxuma yolu ilə yayılmasına imkan yaradır






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.