25 fevral 2020
“Xocalı – əsrin faciəsi”
25 fevral 2020-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı – əsrin faciəsi” tədbiri keçirilmişdir.
Xocalı şahidlərinin xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.
Sonra muzeyin şöbə müdiri Xanım Abdinova “Xocalı faciəsi-tariximizin qan yaddaşıdır” mövzusunda çıxış etmişdir.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış, Litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından söz açan “Sonsuz Dəhliz” sənədli filmi nümayiş olunmuşdur.
Tədbirlər
|