az | ru | en

21 fevral 2020
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi əməkdaşlarının elmi işlərinin növbəti müzakirələri keçirilmişdir.




Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Qara Qarayevin Ev Muzeyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi əməkdaşlarının elmi işlərinin növbəti müzakirələri keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək tədbir iştirakçılarını salamlamışdır. Sonra Mərkəzin Bədii təhsil şöbəsinin əməkdaşları Fəridə Kərimovanın “Şifahi ənənəli Azərbaycan professional musiqisində modal ritmikanın təzahür formaları”, Lalə Musayevanın “Vasif Adıgözəlovun “Novruzum” kantatası” adlı elmi işlərinin müzakirələri dinlənilmişdir.
Müzakirələrdən sonra musiqişünas-alimlər – Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Natiq Mustafayev, Bakı Musiqi Akademiyasının dosenti Aytən Babayeva, tarix-nəzəriyyə kafedrasının əməkdaşı Gülmirə Qəhrəmanova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmuraz qızı və başqaları rəy və təklifləri ilə çıxış etdilər.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova çıxışında bu yaxınlarda açılışı olacaq Aşıq Bozalqanlının Ev Muzeyinə muzeyimizin zəngin kolleksiyalarından materiallar təqdim edildiyini bildirmiş, bu elmi məqalələrin də həmin muzeyə verilməsi təklifini irəli sürmüşdür.
Sonda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev təşkil olunan bu mövzuda kreativ layihələrin və tədbirlərin təşkilinin əhəmiyyətindən danışmış və dəstəyə görə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə öz təşəkkürünü bildirmişdir.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.