az | ru | en

17 yanvar 2020
20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbir




17 yanvar 2020-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Dövlət Teatr Muzeyi ilə birgə 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi barədə və “20 Yanvar faciəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında”, Azərbaycan Dövlət Teatr Muzeyinin şöbə müdiri Mətanət Dadaşova isə “20 yanvar faciəsi qan yaddaşımızdır” mövzularında çıxış etmişlər.
Tədbirdə Azərbaycan Teatr Dövlət Muzeyinin təşkilatçılığı ilə 20 yanvar şəhidi, professor, kimyaçi alim İsmayıl Musa oğlunun həyat yoldaşı Gülüş Mursaqulova və 20 yanvar əlili Mürsəl Əsgərov qanlı yanvar günlərindəki hadisələrlə bağlı xatirələrini danışmışlar.
1990-cı ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fotoqrafı işləyən Boris Dobin Bakıda törədilən qırğınları və fəlakətin nəticələrininin fotolarını çəkmiş və bu kadrları buklet şəklində çap etdirərək dünya ictimaiyyətinə çatdırmışdı. Tədbirdə bütün çıxışlar B. Dobinin 20 Yanvar hadisələrini əks etdirən fotoşəkillərdən ibarət slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə 20 yanvar hadisələrini əks etdirən sənədli film və Azər Rzayevin “Bakı-90” simfoniyasının videoyazısı nümayiş olunmuşdur.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.