22 sentyabr 2019
İndoneziyanın səfiri H.Husnan bey Fanani Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə musiqi alətləri hədiyyə etmişdir.
İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, professor, doktor H.Husnan bey Fanani Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə İndoneziya milli musiqi alətlərini - anqklunq, qambanq, lodonq və sairə - hədiyyə etmişdir. Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Alla Bayramova Cənab Səfirə hədiyyələrə görə öz dərin təşəkkürünü bildirmişdir. Təqdim olunan musiqi alətləri muzeyin dünya xalqlarının musiqi alətləri kolleksiyasını daha da zənginləşdirəcəkdir.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Əməkdar artisti, pianoçu Adilə Əliyeva F.Şopenin əsərlərini ifa etmişdir.
Tədbirlər
|