az | ru | en

19 avqust 2011
Niyazinin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir.



19 avqust 2011-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan Bəstəkarlar İttifaqının Niyazinin anadan olma gününə həsr etdiyi birgə tədbir Niyazinin mənzil muzeyində keçirildi. Tədbiri giriş sözü ilə Niyazi mənzil muzeyinin direktoru Rza Bayramov açdı. O, qonaqları salamladıqdan sonra sözü tədbirin aparıcısı, musiqişünas Fazilə Nəbiyevaya verdi. Gecədə Niyazinin, Qara Qarayevin və müasir Azərbaycan bəstəkarlarının əsərləri səsləndi.
Konsert proqramı:
Azər Dadaşov. “Niyazi 99” fortepiano üçün pyes.
İfa edir müəllif.
Nərminə Nağıyeva. Klarnet üçün pyes. “Gizli hisslər”.
İfa edir Anar Məmmədov. Müşayiət edir müəllif.
Ceyhun Allahverdiyev. “Sevəcəm” fortepiano üçün pyes.
İfa edir Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin IV kurs tələbəsi Türkan Allahverdiyeva.
Vasif Allahverdiyev. “Qəmli hekayə” romansı. Sözləri Cavidindir.
İfa edir Azərbaycan Respublikasının əməkdar artisti, Opera və Balet Teatrının solisti Fidan Hacıyeva. Müşayiət edir Zülfiyyə Sadıqova.
Nərminə Nağıyeva. “Unudacağam səni” romansı. Sözləri Rəşad Kəsəmənlinindir.
İfa edir Tural Ağasıyev. Müşayiət edir müəllif.
Pikə Axundova. “Gənclik albomu silsiləsindən beş fraqment”.
İfa edir müəllif.
Qara Qarayev. Fortepiano üçün “Sarskoe selo heykəli” əsərindən fraqment.
Niyazi. “Şur rəngi”.
Niyazi. “Prelüdiya”.
İfa edir Nazxanım Dadaşova.
Tədbirdə Niyazinin həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş olundu və slayd-şou təqdim edildi.
Tədbirdə incəsənət xadimləri, muzey əməkdaşları, KMS Klubunun üzvləri, KİV-nin nümayəndələri və başqaları iştirak etdilər.




Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.