30 iyun 2019
“Azərbaycan musiqisinin inciləri UNESCO-nun siyahısında”
2019-cu ilin 30 iyun-10 iyul tarixlərində Bakı şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar iyunun 27-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Azərbaycan musiqisinin inciləri UNESCO-nun siyahısında” layihəsi çərçivəsində silsilə tədbirlərdən birincisi Azərbaycan muğam sənətinə həsr olunmuşdur.
Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “XX əsrin əvvəllərinə aid sənədlərdə muğam tarixindən səhifələr”mühazirəsi ilə çıxış etmişdir.Onun çıxışı muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Muzeyin Qədim Musiqi Alətləri Ansamblı (bədii rəhbər və konsertmeystr Azərbaycan Respublikasının Xalq artisti Munis Şərifovdur) konsert proqramı ilə çıxış etmişdir.
Tədbirlər
|