az | ru | en

3 aprel 2019
Seyid Şuşunski - 130




3 aprel 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Seyid Şuşunskinin 130 illik yubileyi keçirilmişdir.
Azərbaycan xanəndəlik məktəbinin ən böyük simalarından biri, musiqi xadimi, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 130 illik yubileyinə həsr olunmuş mərasimi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Muzeyin Xalq Çalğı Alətləri şöbəsinin müdiri Təranə Zeynalova Seyid Şuşinskinin yaradıcılıq yolu, Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətləri haqqında çıxış etmişdir. Onun çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Mərasimdə Azərbaycan Respublikasının Xalq artisti Canəli Əkbərov, görkəmli tarzən, Azərbaycan Respublikasının Xalq artisti Vamiq Məmmədəliyev, görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Qəzənfər Abbasov, Prezident təqaüdçüsü, Əməkdar artist Süleyman Abdullayev, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar İncəsənət Xadimi Nazim Kazımov, Əməkdar İncəsənət Xadimi, professor Arif Əsədullayev çıxış etmişlər.
Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının, solist , Xalq artisti Teyyub Aslanovun, Muğam Televiziya Müsabiqəsi laureatı Nüşabə Kərimlinin (xanəndə), Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Məftun Səfərlinin (xanəndə), Nicat Umbayevin (tar), Abbas Abdullayevin (kamança), Azərbaycan Respublika Müsabiqəsi laureatları Fərid İskəndarovun (tar), Hikmət Abdullayevin (kamança) ifalarında konsert proqramı ilə davam etmişdir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.