az | ru | en

16 yanvar 2019
Əyyub Quliyevlə görüş


16 yanvar 2019-cu ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Klassik Musiqi Həvəskarları Klubunda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevlə görüş keçirilmişdir.
Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Əyyub Quliyevin yaradıcılıq yolu, sənət uğurları haqqında məlumat vermişdir. Onların çıxışı Əyyub Quliyevin şəxsi arxivi və muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Əməkdar artist Əyyub Quliyev yaradıcılıq planları haqqında məlumat vermiş, klub üzvlərinin suallarını cavablandırmışdır.
Tədbirdə bəstəkarlar - Xalq artisti Azər Dadaşov, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov, Pikə Axundova, Baki Musiqi Kolecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, yazıçı-publisist Fəxrəddin Meydanlı, musiqiçi Qasım Xalilov və başqaları Əyyub Quliyev haqqında ürək sözləri və xoş arzularla çıxış etmişlər.
Bədii hissədə Əyyub Quliyevin dirijorluq etdiyi konsertlərdən videoyazılar nümayiş olunmuş, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, Beynəlxalq Müsabiqələr laureatı Taleh Yahyayevin, Nina Makarovanın, Nərgiz Ağayevanın, R.Babayev adına 25 saylı Uşaq Musiqi Məktəbinin kamera orkestri və xor kollektivinin ifalarında maraqlı kamera konserti təqdim olunmuşdur.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.