2 may
“Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” elmi-praktik konfrans.
2 may 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bülbül adına orta-ixtisas musiqi məktəbinin layihəsi olan Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə ümumtəhsil və orta-ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında III Respublika müsabiqəsi çərçivəsində “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” elmi-praktik konfransı keçirilmişdir.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Səttarova çıxış edərək münsiflər heyəti adından konfransın işinə uğurlar arzu etmişlər.
Konfrans Bakı şəhəri, bölgə musiqi məktəblərinin şagird və tələbələrinin çıxışları ilə davam etmişdir.
Konfransın yekununda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasıın professoru, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, Azərbaycan Milli Konservatoriyasının dosenti Leyla Manafova çıxışçılara və onların müəllimlərinə diplom və sertifikatlar təqdim etdilər.
Tədbirlər
|