az | ru | en

14 iyun 2017
“Heydər Əliyev və muzeylərimiz” adlı tədbir



14 iyun 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi “15 İyun-Milli Qurtuluş Günü” münasibətilə “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açacaqdır. O, “Heydər Əliyev və muzeylərimiz” mövzusunda məruzə etmişdir. Ulu Öndərin Muzeyin filialı olan Niyazinin mənzil muzeyinin açılışındakı nitqinin videoyazısı nümayiş olunmuşdur.
Sonra Bülbülün Memorial Muzeyinin direktoru Fərqanə Cabbarova çıxış etmişdir.
Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Bakı muzeylərinin təqdim etdiyi arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbir Beynəlxalq və Respublika müsabiqələri laureatı Mahir Tağızadə, BMA-nın tələbəsi Alp Əliyev (f-no), BMA-nın magistri Güllü Babaşova, Günel Rizvanova (f-no), Rəhimə Həsənova (f-no), R.Babayev adına 25 ¹li musiqi məktəbinin şagirdi Fidan Yunus (f-no), muzeyin Qədim Musiqi Alətləri Ansamblının ifalarında (f-no) Heydər Əliyevin sevə-sevə dinlədiyi Azərbaycan bəstəkarlarının əsərlərindən və xalq mahnılarından ibarət konsert proqramı ilə davam etmişdir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.