17 mart 2011
Mesopotamiya ritmləri
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 17 mart 2011-ci il il tarixində saat 15:00-da 1996-ci ildən İraqda fəaliyyət göstərən “Anqam Ərrafidey” (tərcümədə Mesopotamiya ritmləri) musiqi ansamblının musiqiçiləri Qeys Əbdurrəzaq, Məhəmməd Rauf, Sabah Həşimin ifasında konsert keçirilmişdir.
Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir.
İraqın Azərbaycandakı səfiri Haydar Əl-Barrak, Qətər dövlətinin Azərbaycandakı səfiri Şeyx Mübarak Fəhəd, Fələstinin Azərbaycandakı səfiri Naoser Abdul Kərim, Misirin Azərbaycandakı səfiri Saabr Abdul Mansur və səfirliklərin başqa nümayəndələri də tədbirdə iştirak etmişlər. Tədbirdə həmçinin Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin mudiri Fərəh Əliyeva, musiqişünaslar, Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının tələbələri, Bakı muzeylərinin əməkdaşları, mətbuat və televiziya nümayəndələri iştirak etmişlər.
Tədbirlər
|