az | ru | en

16 mart 2017
Vaqif Mustafazadə - 77



Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vaqif Mustafazadənin mənzil muzeyində 16 mart 2017-ci il tarixində, saat 15:00-da bəstəkar, pianoçu, caz-muğamının banisi Vaqif Mustafazadənin (1940-1979) anadan olmasının 77-ci illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova, Vaqif Mustafazadənin mənzil muzeyinin müdiri Afaq Əliyeva çıxış edərək, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Mükafatı laureatı, caz əfsanəsi – Vaqif Mustafazadənin musiqi tariximizdəki əvəzsiz xidmətlərindən danışmışlar. Bəstəkar, Əməkdar incəsənət xadimi Azər Dadaşov Vaqif Mustafazadə ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüş, ona ithaf etdiyi musiqi əsərini ifa etmişdir. Sonra Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin fortepiano şöbəsinin müdiri Məlahət Səmədova çıxış etmişdir. Beynəlxalq Müsabiqələr laureatı, Bakı Xoreoqrafiya Akademiyasının magistri Səma Xəlilzadə, G.Şaroyev adına 11 illik Uşaq Musiqi Məktəbinin şagirdləri, Beynəlxalq Müsabiqə laureatları Səbinə Eldarlı, Nuray Əliyeva, Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Nərgiz Quliyeva, Fatimə Allazova, Fatimə Yusifzadənin ifalarında Vaqif Mustafazadənin və başqa bəstəkarların əsərlərindən ibarət musiqi proqramı təqdim olunmuşdur. Tədbirin sonunda rəssam, qrafik dizayner Rəsul Həsənov muzeyə Vaqif Mustafazadənin fotorealistik portretini hədiyyə etmişdir.




Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.