az | ru | en

2 fevral 2017
"Gəncliyin təbəssümü"


2 fevral 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Niyazinin mənzil muzeyində Gənclər günü münasibətilə "Gəncliyin təbəssümü" adlı tədbir keçirilmişdir.
Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Azərbaycan Gəncləri Günü münasibətilə öz təbrikini, Azərbaycan və dünya mədəniyyət xadimlərinin gənclik dövrü yaradıcılığı haqqında maraqlı faktları tamaşaçılara çatdırmışdır.
Muzeyin şöbə müdiri Xanım Abdinova artıq 20 ildir ki, respublikamızda qeyd olunan Gənclər Günü və gənclərə göstəriləın diqqət və qayğı haqqında cıxış etmişdir.
Sonra muzeyin əməkdaşı Zivər Məmmədova "Qara Qarayevin gənclik dünyası" mövzusunda çıxış etmişdir.
Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış və görkəmli Azərbaycan musiqi xadimlərinin gənclik illərini əks etdirən "Gəncliyin təbəssümü", "Qara Qarayevin gənclik dünyası" və "Korifeylərinin gənclik dövrü" mövzularında slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə gənc istedadlar, Beynəlxalq müsabiqə laureatları-Bakı Xoreoqrafiya Akademiyasının magistri Gülər Orucova, G.Şaroyev adına 35¹li 11 illik musiqi məktəbinin şagirdləri Jalə İslamova, Gülnaz Eldarlı, Maqsud Musazadə, Emil İsmayılov və Aytən Abbasovanın ifalarında Qara Qarayevin və başqa bəstəkarların əsərlərindən ibarət musiqi proqramı təqdim olunmuşdur.
Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin Beynəlxalq Əlaqələr və İnformasiya şöbəsinin müdiri Zaur Həmidov Həmkarlar İttifaqı adından gəncləri təbrik etmişdir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.