24 sentyabr 2010
“Üzeyir Hacıbəyli - 125”
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə ilk dəfə olaraq dahi bəstəkar Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi”nin (1932) Xalq çalğı alətləri orkestri üçün partiturasını nəşr etdirmişdir. Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacibəylinin 125 illiyinə həsr olunmuş 2010-cu il 24 sentyabr tarixində bəstəkarın “Ləzgi rəqsi”nin ilk nəşrinin təqdimatı mərasimi keçirilmişdir.
Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi, nəşrin redaktoru Alla xanım Bayramova çıxış etmişdir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri orkestrinin bədii rəhbər (Gülağa Zeynalov) ifasında Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi”, “Koroğlu” operasından “Uvertüra”, “Sevgili canan“ romansı səslənmiş, “Günay” Uşaq Teatrının ifasında “Arşın mal alan“ musiqi komediyasından fraqmentlər təqdim edilmişdir.
Tədbirlər
|