az | ru | en

7 sentyabr 2016
“Musiqi sülhə səsləyir”


7 sentyabr 2016-cı il tarixndə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Klassik Musiqi Həvəskarları Klubunda Beynəlxalq Sülh Günü münasibətilə “Sülh aylıği” çərçivəsində “Musiqi sülhə səsləyir” adlı tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Beynəlxalq Sülh Günü, Azərbaycan bəstəkarlarının yaradıcılığında sülh mövzusu haqqında çıxış etmişdir.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, BMT-nin “Ümumdünya insan hüquqları haqqında Bəyannaməsinin 50 illiyinə həsr olunmuş” müsabiqənin qalibi Cəlal Abbasovla görüş keçirilmişdir. Bəstəkar sülh mövzusunda yazdığı əsərləri, gələcək yaradıcılıq planları haqqında söhbət açmış, tədbir iştirakçılarının suallarını cavablandırmışdır. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, jurnalist Novruz Novruzov, musiqişünas – jurnalist Raya Abbasova çıxış etmişlər.
Tədbirdə Cəlal Abbasovun BMT-nin mükafatına layiq görülmüş “İf I could see you again...” adlı IV simfoniyasının videoyazısı və “Sülhün səsi” adlı III simfoniyasından videofraqment nümayiş edilmiş, Əməkdar artist Fəridə Məmmədova (vokal) və Bakı Musiqi Akademiyasının baş müəllimi İlahə Sadıqzadənin (f-no) ifalarında vokal silsiləsi ifa olunmuşdur.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bəstəkarlar İttifaqının nümayəndələri, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV-nin nümayəndələri və başqaları olmuşlar.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.