az | ru | en

7 aprel 2016
Elmira Abasovaya həsr olunmuş tədbir



7 aprel 2016-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində, Klassik Musiqi Həvəskarlari Klubunda görkəmli musiqişünas alim, pedaqoq, ictimai xadim, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasinin ilk qadin rektoru, professor Elmira Abasovaya həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra görkəmli alim və pedaqoq Elmira Abasovanın həmkarları və tələbələri olmuş musiqişünas alimlər onun həyat və yaradıcılığından, Azərbaycan musiqi tarixində əvəzsiz xidmətlərindən söhbət açmışlar. Tədbirdə AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədova, Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru Fərəh Əliyeva çıxış etmişlər. Elmira Abasovanın qızı Kamina Məmmədova görkəmli alimin şəxsi arxivindən bəzi materialları muzeyə hədiyyə etmişdir. Tədbirdə Elmira Abasovanın yaradıcılıq fəaliyyətini əks etdirən muzey materialları əsasında hazırlanmış sərgi nümayiş olunmuş, videoçarx və slayd-şou təqdim edilmişdir. Tədbirdə Beynəlxalq Müsabiqələr laureatı Səidə Tağızadə, BMA-nın professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, BMA-nın tələbəsi Ayan Qurbanova (vokal), BMA-nın professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, Azərbaycan Respublikasının Əməkdar artisti Gülnaz İsmayılova (vokal), Beynəlxalq Müsabiqələr laureatı Vurğun Vəkilovun (f-no) ifalarında Azərbaycan bəstəkarlarının klassik əsərlərindən ibarət konsert proqramı ilə davam etmişdir. Tədbirin qonaqları musiqi ictimaiyyəti, AMEA-nın, Bəstəkarlar İttifaqının, Bakı Musiqi Akademiyasının professor və müəllim heyəti, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV-nin nümayəndələri və başqaları olmuşlar.

Konsert proqramı

Qara Qarayev “İldırımlı yollarla”baletindən “Lay-lay”.
İfa edir: Beynəlxalq Müsabiqələr laureatı Səidə Tağızadə (f-no).
Fikrət Əmirov “Miniatürlər”.
İfa edir: Beynəlxalq Müsabiqələr laureatı Səidə Tağızadə (f-no).
Xalq mahnısı “Laçın”
İfa edir: BMA-nın tələbəsi Ayan Qurbanova (vokal). Müşayiət edir: BMA-nın professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova.
Niyazi “Arzu”.
İfa edir: Azərbaycan Respublikasının Əməkdar artisti Gülnaz İsmayılova (vokal). Müşayiət edir: BMA-nın professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova.
Qara Qarayev “Romans”.
İfa edir: Azərbaycan Respublikasının Əməkdar artisti Gülnaz İsmayılova. Müşayiət edir: Beynəlxalq Müsabiqələr laureatı Səidə Tağızadə.
Qara Qarayev “Eskiz”.
İfa edir: Beynəlxalq Müsabiqələr laureatı Vurğun Vəkilov (f-no).
Emil Əfrasiyab “Valideyinlərimə ithaf”.
İfa edir: Beynəlxalq Müsabiqələr laureatı Vurğun Vəkilov (f-no).
Niyazi “Vals”.
İfa edir: BMA-nın professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.