30 mart 2016
Qanun Musiqi Axşamında
30 mart 2016-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının artisti, əməkdar artist Təranə Əliyeva rəhbərlik etdiyi “İnci” Qanun ifaçılar qrupu ilə birlikdə Azərbaycan Dövlət Filarmoniyasında keçirilmiş Qanun Musiqi Axşamında böyük müvəffəqiyyətlə çıxış etmişdir. Konsertdə Azərbaycan və xarici bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert prorami səslənmişdir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi səmimi qəlbdən muzeyin əməkdaşı Təranə Əliyevanı təbrik edir, gələcək işlərində uğurlar arzulayır!
Tədbirlər
|