az | ru | en

19 yanvar 2016
20 Yanvar faciəsinin 26-cı ildönümü


20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən “İstedad” Mərkəzi (Mərkəzin rəhbəri Azərbaycan Respublikasının xalq artisti, professor Zəhra Quliyevadır) ilə birlikdə 19 yanvar 2016-cı il tarixində, saat 15:00-da tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova “20 Yanvar faciəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzusunda çıxış etmişdir.
Tədbir Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən “İstedad” Mərkəzinin (Mərkəzin rəhbəri Azərbaycan Respublikasının xalq artisti, professor Zəhra Quliyevadır) musiqiçilərinin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş konsert proqramı ilə davam etmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı musiqi təhsil müəssisələrinin muəllim və tələbələri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşlar.

Konsert proqramı

K.V.Qlyuk. “Melodiya”.
İfa edir: M.Rostropoviç ad.21 saylı 11 illik musiqi məktəbinin X sinif şagirdi, Beynəlxalq Müsabiqələr laureatı Ağarəhim Quliyev (fleyta). Müəllim: professor Müzəffər Ağamalızadə. Müşayiət edir: Viktoriya Zülfüqarova.
Sevil Əliyeva. “Ana”.
İfa edir: 24 saylı musiqi məktəbinin IV sinif şagirdi Cavidan Rəsulov (klarnet). Müəllim: Vaqif Məmmədov. Müşayiət edir: Gülnar Qəmbərli.
V.Adıgözəlov. “Qərənfil”.
İfa edir: R.Behbudov ad.2 saylı musiqi məktəbinin XI sinif şagirdi, Prezident təqaüdçüsü Əli Məlikov (tar). Müəllim: Elşən Salmanov. Müşayiət edir: Səbinə Bağırova.
F.Şopen. “4 saylı Etüd” cis moll.
İfa edir: G.Şaroyev ad. 35 saylı musiqi məktəbinin X sinif şagirdi, Beynəlxalq Müsabiqələr laureatı Həşim Həşimov (f-no). Müəllim: Respublikanın əməkdar müəllimi. Kamilla Əmirova.
T.Bakıxanov. “Ballada”.
İfa edir: Q.Qarayev ad. Mərkəzi İncəsənət məktəbinin XI sinif şagirdi, Beynəlxalq Müsabiqələr laureatı Nərgiz Hüseynzadə (violin). Müəllim: Professor Hökumə Əliyeva. Müşayiət edir: Sevinc Kərimova.
A.Gəray. “Şahnazsayağı”.
İfa edir: Q.Qarayev ad. Mərkəzi İncəsənət məktəbinin IX sinif şagirdi Fizzə Vəlizadə (kamança). Müəllim: Təranə Babayeva. Müşayiət edir: Sevinc Kərimova.
E.Blox. “İmprovizasiya”.
İfa edir: R.Hacıyev ad. 15 saylı musiqi məktəbinin XI sinif şagirdi, Paqanini ad. Respublika Müsabiqəsi laureatı Turanə Novruzova (violin). Müəllim: Aytən Cəlilova. Müşayiət edir: Fərəh Niftiyeva.
“Segah” muğamı (Şuşanın dağları).
İfa edir: 24 saylı musiqi məktəbinin V sinif şagirdi Respublika Müsabiqəsi laureatı Cahangir Əliyev. Müəllim: Arif Qəmbərov. Müşayiət edirlər: Valeh Allahverdiyev (tar), Rauf Məsimov (kamança).
F.Şopen. “24 saylı Etüd”.
İfa edir: G.Şaroyev ad. 35 saylı musiqi məktəbinin IX sinif şagirdi, Beynəlxalq Müsabiqələr Laureatı, Prezident təqaüdçüsü Nəriman Əmiraslanov (f-no). Müəllim: Professor Siala Sinamdzqvarişvili.
V.Adıgözəlov. “Lay-lay”.
İfa edir: Ş.Ələkbərova ad. 20 saylı musiqi məktəbinin IX sinif şagirdi,Respublika Müsabiqəsi laureatı Behnam Mehta Məhəmmədəlizadə (qanun). Müəllim: Kəmalə Cahangirova. Müşayiət edir: Səbinə Mustafayeva.
A.Dvorjak “Melodiya”.
İfa edir: Q.Qarayev ad. Mərkəzi İncəsənət məktəbinin şagirdi Zakir Allahverdili (qaboy). Müşayiət edir: Sevinc Kərimova.
“Şüştər”muğamı.
İfa edir: R.Hacıyev ad. 15 saylı musiqi məktəbinin XI sinif şagirdi Şamil Ömərli (tar). Müəllim: Nadir Babayev.
F.Şopen. “10 saylı Konsert etüdü”As dur.
İfa edir: R.Hacıyev ad. 15 saylı musiqi məktəbinin VIII sinif şagirdi, Beynəlxalq və Respublika Müsabiqələri laureatı Emil Əhmədzadə (f-no). Müəllim: Tamilla Məmmədova.
Habil Əliyev.“Bayatı-Şiraz muğamı üzərində improvizasiya”.
İfa edir: R.Hacıyev ad. 15 saylı musiqi məktəbinin VIII sinif şagirdi, Beynəlxalq və Respublika Müsabiqələri laureatı Şükür Ömərli (kamança). Müəllim: Svetlana Əliyeva. Müşayiət edir: VIII sinif şagirdi Əli Hüseynov (nağara). Müəllim: Tahir Hüseynov.
F.Əmirov. “Kor ərəbin mahnısı”.
İfa edir: M. Rostropoviç ad. 21 saylı musiqi məktəbinin IX sinif şagirdi Beynəlxalq və Respublika Müsabiqələri laureatı Ayxan Xəlilli. Müəllim: Şirazi Quliyev. Müşayiət edirlər: Elvin Fəttayev (tar), Aidə Rəfiyeva (kamança).
Dursun Musayev. “Şəhidlər”.
İfa edir: R.Hacıyev ad. 15 saylı musiqi məktəbinin şagirdi Canəli Canəliyev.
Ü.Hacıbəyli. “Sənsiz”.
İfa edir: R.Hacıyev ad. 15 saylı musiqi məktəbinin VIII sinif şagirdi, Beynəlxalq və Respublika Müsabiqələri laureatı, Prezident təqaüdçüsü Jalə Mayılova. Müəllim: Tamilla Məmmədova.
“Qarabağ şikəstəsi”.
İfa edir: G.Şaroyev ad. 35 saylı musiqi məktəbinin şagirdi Asunda Səlimli. Müəllim: Murad Rüstəmzadə. Müşayiət edir: Ansambl.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.