az | ru | en

4 avqust 2010
Şopen İllüstrasiyalarda

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Friderik Şopenin yubileyini qeyd etmişdir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevənlər Klubunun növbəti tədbiri 4 avqust 2010-cu il tarixində Niyazinin mənzil muzeyində keçirilmişdir. Görkəmli polyak bəstəkarı və pianoçusu Friderik Şopenin yubileyinə həsr olunmuş gecə “Şopenin həyat və yaradıcılığı illüstrasiyalarda” adı altında keçirilmişdir.
Məlumdur ki, YUNESKO Polşa parlamenti ilə birgə “2010 – Şopen ili” layihəsinin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bəstəkarın 200 illiyi ilə əlaqədar musiqi tədbirləri – konsertlər, müsabiqələr və s. keçirilir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi bu yubileyi özünəməxsus keçirmişdir. Belə ki, muzey işinin səciyyəvi xüsusiyyətinin əyani görmək olduğunu nəzərə alaraq, Klassik Musiqisevənlər Klubunun auditoriyası üçün hazırlanmış gecədə bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə yanaşı slayd-şou nümayiş etdirilmişdir. Şopen yaradıcılığını və musiqisini sevənlər ekranda onun ailəsini, uşaqlıq, gənclik, artistlik fəaliyyətini, XIX əsrin I yarısında Fransanın tanınmış yaradıcı xadimləri ilə əlaqələrinin maraqlı faktları, Şopenin muzeyləri, xatirə yerləri və s. nadir materiallara baxmişlar. Həmçinin muzey kolleksiyalarından nadir eksponatlar – qramvallar, afişalar, konsert proqramları, Şopen əsərlərinin məşhur ifaçılarının fotolarından ibarət “Şopen musiqisinin Azərbaycanda ifası” adlı sərgi nümayiş etdirilmişdir.


Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.