az | ru | en

16 dekabr 2015
Vaqif Mustafazadənin anım günü


16 dekabr 2015-ci il tarixində caz-muğam janrının banisi, görkəmli Azərbaycan musiqiçisi və bəstəkarı Vaqif Mustafazadənin anım günü oldu. Vaqif Musatafazadənin anım günlərində adətən onun adını daşıyan muzeydə “Açıq qapı” günü keçirilir. Bu dəfə isə Vaqif Mustafazadə yaradıcılıq irsinin Bakı şəhərinin ali məktəblərində təhsil alan gənclər arasında geniş yayılması məqsədilə Azərbaycan Diplomatik Akademiyasında tədbir keçirildi. Bu tədbirdə Vaqif Musatafazadə irsinin gənclər arasında təbliğatı baxımından 15 yaşlı məktəbli Mir-Musa Seyidzadənin ingilis dilində nəşr olunmuş Azərbaycan caz tarixindən bəhs edən kitabın təqdimatı oldu. Bu kitabla və Vaqif Mustafazadə ilə bağlı xatirələrini bölüşənlər arasında Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, tarix elmləri namizədi, professor Dilarə Seyidzadə çıxış etdilər. Həmçinin Vaqif Mustafazadənin həyat yolu və yaradıcılıq fəaliyyəti haqqında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan V.Mustafazadənin ev muzeyinin direktoru Afaq Əliyeva, məşhur Azərbaycan cazmenləri, Vaqif Mustafazadənin silahdaşları - Rafiq Seyidzadə, Cavan Zeynallının, onun yolunun davamçısı Emil Əfrasiyab və gənc pianoçu Elçin Şirinovun çıxışları baş tutdu. Gecənin aparıcısı Moskva İmprovizə Musiqisi Kollecinin məzunu, estrada-caz vokalçısı Tofiq Həsənsoy oldu. Tədbirin qonaqları arasında seçilən caz-musiqi ictimaiyəti, muzeyin əməkdaşları, Vaqif Mustafazadənin qohumları, KİV nümayəndələri və tələbələr olmuşlar.




Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.