9-11 iyul 2010
Samp-Qitələrarası muzeylər şəbəkəsinin Bakıda seminar keçirildi.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Samp-Qitələrarası muzeylər şəbəkəsinin işində iştirakı çərçivəsində 9-11 iyul tarixlərində Bakıda seminar keçirildi.
Seminarda Samp təşkilatının icraçı direktoru Elizabet Olofsson, Stokholm Kral Texnologiya Universitetinin ilə yanaşı Filippin, Tanzaniya, Kolumbiya, Hindistan muzeylərinin əməkdaşları və ictimaiyyət nümayəndələri, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları və musiqi ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak etmişdilər.
Seminar günlərində Dövlət Turizm Universitetində, Hatt qrup İnkişaf Agentliyində, Ekosfera təşkilatında, o cümlədən musiqiçilər və musiqi təhsil ocaqlarının tələbələri ilə görüşlər keçirilmişdi. Həmçinin, qonaqlar muzeyin və onun filiallarının - Niyazinin mənzil muzeyi və Vaqif Mustafazadənin xatirə muzeyinin ekspozisiyası ilə tanış olmuşlar. Seminar iştirakçıları üçün muzeyin qədim musiqi alətləri ansamblının konserti də təşkil olunub. Qonaqlar muzeyin iş təcrübəsi ilə tanış olub, təcrübə mübadiləsi aparıblar.
Azərbaycanda ilk dəfə olaraq muzey işinə dair beynəlmiləl nəşr olan “Daha yaxşı işləməyin yolları, işçiləri təşviq etmənin əhəmiyyəti” adlı kitabın təqdimatı da seminar zamanı keçirilib. Kitab Samp təşkilatı çərçivəsində birgə layihədə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə yanaşı İsveç, Kosta Rika və Botsvana muzeylərinin birgə əməkdaşlığı nəticəsində dörd - Azərbaycan, ingilis, ispan və İsveç dillərində nəşr edilib. Samp-Qitələrarası muzeylər şəbəkəsi olaraq müştərək layihələrdə iştirakı ilə xeyriyyə məqsədlərinə xidmət edir.
Tədbirlər
|