7 oktyabr 2015
Sergey Aleksandroviç Yeseninin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Musiqi muzeyində poeziyaya məhəbbbət və səyahət” adlı tədbir
7 oktyabr 2015-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilmiş Klassik Musiqi Həvəskarları Klubunun növbəti toplantısı görkəmli rus şairi Sergey Aleksandroviç Yeseninin anadan olmasının 120 illik yubileyinə həsr olunmuşdur.
“Musiqi muzeyində poeziyaya məhəbbbət və səyahət” adlı tədbirdə S.A. Yeseninin əsərlərindən ibarət ədəbi-musiqili kompozisiya təqdim olunmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Sonra Bakı Slavyan Universitetinin dosenti, filologiya elmləri namizədi, klassik rus ədəbiyyatı üzrə mütəxəssis Fikriyyə Muradova “Puşkindən Yeseninə qədər” mövzusu üzrə məruzə etmişdir.
Tədbirdə qiraətçilər tərəfindən S.A.Yeseninin sevilən şeirləri söylənmiş, Azərbaycan Dövlət Musiqili Teatrının solisti Yuliya Heydərovanın, Beynəlxalq müsabiqələr laureatı, BMA-nın tələbəsi Vurğun Vəkilovun, BMA-nın professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın, BMA-nın tələbəsi Ramil Hüseynlinin ifalarında S.A.Yeseninin sözlərinə bəstələnmiş mahnılar və musiqi parçaları səslənmiş, şairin həyat və yaradıcılığını əks etdirən slayd-şou nümayiş edilmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Slavyan Universitetinin tələbələri, Rusiya İnformasiya və Mədəniyyət mərkəzinin nümayəndələri, Bakı muzeylərinin əməkdaşları, klub üzvləri, KİV nümayəndələri və başqaları olmuşlar.
Konsert proqramı
Q.Ponomarenko. “Íå æåëàþ, íå çîâó, íå ïëà÷ó”
İfa edir: Azərbaycan Dövlət Musiqili Teatrının solisti Yuliya Heydərova. Müşayiət edir: Beynəlxalq müsabiqələr laureatı, BMA-nın tələbəsi Vurğun Vəkilov
Q.Ponomarenko. “Îòãîâîðèëà ðîùà çîëîòàÿ”
İfa edir: Azərbaycan Dövlət Musiqili Teatrının solisti Yuliya Heydərova. Müşayiət edir: Beynəlxalq müsabiqələr laureatı, BMA-nın tələbəsi Vurğun Vəkilov
Musa Mirzəyev. “Fars motivləri” simfonik poemasından “Òû ñêàçàëà, ÷òî Ñààäè” (“Sədini oxuyarkən”)
İfa edir: Azərbaycan Dövlət Musiqili Teatrının solisti Yuliya Heydərova. Müşayiət edir: BMA-nın professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova
Müslüm Maqomayev. “Azərbaycan”
“Ïðîùàé Áàêó”
İfa edir: BMA-nın tələbəsi Ramil Hüseynli. Müşayiət edir: BMA-nın professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova
Tədbirlər
|