az | ru | en

22 sentyabr 2015
Dahi bəstəkar, Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş, VII Beynəlxalq musiqi festivalı çərçivəsində, Kamera musiqisi konserti


22 sentyabr 2015-ci il tarixində, saat 14:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində dahi bəstəkar, Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş, VII Beynəlxalq musiqi festivalı çərçivəsində, Kamera musiqisi konserti olmuşdur.
Üzeyir Hacıbəylinin 130 illik yubileyinə həsr olunmuş Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilən tədbirlər silsiləsindən olan konsertdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının dosenti Xatirə Həsənzadə Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətində əvəzsiz xidmətləri haqqında söhbət açmışdır. “Üzeyir Hacıbəyli təsviri incəsənətdə” adlı slayd-şou nümayiş olunmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxiv materialları əsasında Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən fotosərgi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının materialları əsasında sərgi numayiş edilmişdir. Sərgidə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Azərbaycan Dövlət Teatr Muzeyinin materialları əsasında Üzeyir Hacıbəylinin əsərlərinin tamaşalarına çəkilmiş dekorasiyalar, eskizlər və s. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Musiqi təsviri incəsənətdə” adı altında rəsm əsərləri və xalça təqdim olunmuşdur. Tədbir Ziba Rəcəbli (alt), BMA-nın baş müəllimi İlahə Sadıxzadə (f-no), Dilarə Əliyeva, Fatimə Cəfərzadə, Məmməd Rəcəbli (klarnet), İtaliyanın Ozimo Musiqi Akademiyasının tələbəsi Məhərrəm Hüseynlinin ifalarında Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi festivalı çərçivəsində Kamera Musiqisi konserti ilə davam etmişdir.
Tədbirdə Azərbaycan xalq rəssamı Arif Hüseynov öz rəsm əsərlərini muzeyə hədiyyə etmişdir.

Konsert proqramı

Arif Məlikov. “Məhəbbət əfsanəsi” baletindən Monoloq
İfa edir: Ziba Rəcəbli (alt). Müşayiət edir: BMA-nın baş müəllimi İlahə Sadıxzadə (f-no)
Arif Məlikov. Söz. Nazim Hikmət. “ß ñíîâà ñòàë íåâûíîñèìûì” (Yenə dözülməz oldum)
“Ñíîâà î òåáå” (Yenə sənin barəndə)

İfa edir: Dilarə Əliyeva
Arif Məlikov. Söz. Nazim Hikmət. “Òû” (Sən)
“Òàê ñòîéòå, ñäåëàéòå ìíå ìèëîñòü” (Durun, mənə mərhəmət edin)
“Âïå÷àòëåíèå”(Təəssürat)

İfa edir: Fatimə Cəfərzadə
Arif Məlikov. “Məhəbbət əfsanəsi” baletindən Noktürn
İfa edir: Məmməd Rəcəbli (klarnet)
Qara Qarayev. Söz. A.S.Puşkin. “Íà õîëìàõ Ãðóçèè” (Gürcüstan təpələrində)
“ß Âàñ ëþáèë” (Mən Sizi sevirdim)

İfa edir:Dilarə Əliyeva
Qara Qarayev. Söz. Lenqston Xyuz. “Óñòàëûé” (Yorğun)
“Ëåòíÿÿ íî÷ü” (Yay gecəsi)
“Ìóëàò” (Mulat)

İfa edir: İtaliyanın Ozimo Musiqi Akademiyasının tələbəsi Məhərrəm Hüseynli
Sergey Prokofyev. “Romeo və Cülyetta” baletindən Merkusio
İfa edir: Məmməd Rəcəbli (klarnet)
Georgiy Sviridov. Söz. Mixail İsakovski. “Îñåíüþ” (Payızda)
İfa edir: Dilarə Əliyeva
Alfred Şnitke. N.V.Qoqolun “Ðåâèçíàÿ ñêàçêà” tamaşasından “Polka”
İfa edirlər: Ziba Rəcəbli (alt), Məmməd Rəcəbli(klarnet), İlahə Sadıxzadə (f-no)






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi






UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.