az | ru | en

18-27 avqust 2015
Qədim Musiqi Alətləri Dövlət Ansamblı “Gyeongju İpək Yolu” Musiqi festivalında


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində 13 musiqiçini özündə birləşdirən “” fəaliyyət göstərir. Ansambl 1996-cı ildə professor Məcnun Kərim tərəfindən yaradılıb. Ansamblı təşkil edən alətlərin hamısı (çəng, barbəd, çəqanə, rud, rübab, tənbur, qopuz, dümbək, ney, qanun, çoğur) Məcnun Kərim tərəfindən bərpa olunmuşdur. Hal-hazırda repertuarda qədim dövrləri əhatə edən musiqilər, xalq mahnıları, təsniflər, rənglər, eyni zamanda şərq musiqiləri də yer alır. Qədim Musiqi Alətləri Dövlət Ansamblının bədii rəhbər və konsertmeysteri respublikanın əməkdar artisti Munis Şərifov, solistlər əməkdar artistlər Nuriyə Hüseynova və Teyyub Aslanovdur. Ansambl dünyanın bir sıra ölkərində (ABŞ, Kanada, İngiltərə, Fransa, Rusiya, Avstriya, Macarıstan, Almaniya, BƏƏ, Küveyt, Qətər, Hindistan, Türkiyə və s.) müxtləlif beynəlxalq tədbirlərdə, festivallarda, konsertlərdə, həmçinin dövlət tədbirlərində (beynəlxalq muğam festivallarında, 1-ci Avropa Oyunları ərəfəsində konsertlər) çıxış etmişdir.
27 İyunda Beynəlxalq Muğam Mərkəzində geniş proqramla ansamblın konserti keçirilmişdir.
Ansambl bu ilin 18-27 avqustunda Koreyanın Gyeongju şəhərində “Gyeongju İpək Yolu” Musiqi festivalında iştirak etmişdir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi








UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.