az | ru | en

8 iyul 2015
Əməkdar jurnalist Qalina Mikeladze ilə görüş



Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 8 iyul 2015-ci il tarixində, Niyazinin mənzil muzeyində, Klassik Musiqi Həvəskarları Klubunda Əməkdar jurnalist Qalina Mikeladze ilə görüş keçirmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra söz Əməkdar jurnalist Qalina Alekperovna Mikeladzeyə verilmişdir. O, Azərbaycan musiqi mədəniyyətinə, xüsusilə balet sənətinə həsr etdiyi yaradıcılıq işlərindən söhbət açmışdır. Tədbirdə Azərbaycan balet sənətinin korifeylərinə həsr olunmuş slayd-şou, baletlərdən səhnələr nümayiş olunmuş, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın (f-no), Əməkdar artist Tövhə Babayevanın (skripka) ifalarında musiqi proqramı təqdim olunmuşdur. Tədbirdə Qalina Mikeladzenin həmkarları, balet ustaları - Azərbaycan Respublikasının xalq artisti Gülağası Mirzəyev, Nigar İbrahimova, Rimma İsgəndərova, Cəmilə Kərimova, Əməkdar incəsənət xadimi, rejissor Cənnət Səlimova, musiqişünas, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru İmruz Əfəndiyeva iştirak etmişlər. Muzeyin foyesində Q.Mikeladzenin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə etdiyi Azərbaycan baletinə aid zəngin arxiv materiallarından ibarət sərgi nümayiş edilmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi








UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.