az | ru | en

7 may 2015
Faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş tədbir


7 may 2015-ci il tarixində saat 14-00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. O, tədbirdə iştirak edən Böyük Vətən müharibəsi veteranlarını təbrik etmişdir. Daha sonra muzeyin şöbə müdiri Xanım Abdinova “II Dünya Müharibəsində Azərbaycan xalqının hünəri” mövzusunda çıxış etmişdir. Tədbirdə iştirak edən Böyük Vətən Müharibəsi veteranları polkovnik Sofa Cəfərova və professor Qara Sarıyev keçdikləri döyüş yolları haqqında xatirələrini tamaşaçılarla bölüşmüşlər. Bakı şəhəri Nərimanov rayonu Veteranlar Şurasının sədri Sevil İsrafilova təbrik çıxışı etmişdir.
Tədbir Azərbaycan Daxili Qoşunlarının Hərbi orkestrinin solisti, Əməkdar artist Rəna Əliyeva, Müsiqili Teatrın solisti Rauf Babayevin, Elxan Çələbi və Samir Rəcəbovun, Afaq Yaqubəliyevanın, Mahir Tağızadənin, Güllü Babaşovanın ifalarında hərbi-vətənpərvərlik ruhlu mahnılardan ibarət konsert proqramı ilə davam etmişdir. Foyedə muzey kolleksiyasına daxil olan Azərbaycanın incəsənət xadimlərinin müharibə illərindəki fəaliyyətini əks etdirən və əhalidən muzeyə təqdim olunmuş mövzu ilə bağlı materiallar əsasında hazırlanmış sərgi nümayiş edilmişdir.
Tədbirin qonaqları Böyük Vətən Müharibəsi veteranları, musiqi ictimaiyyəti, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi






UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.