az | ru | en

6 may 2015
P.İ.Çaykovski - 175


6 May 2015-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Klassik Musiqi Həvəskarları klubunda görkəmli Rus bəstəkarı, dirijoru, pedaqoqu, musiqi-ictimai xadimi P.İ.Çaykovskinin 175 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. O, "Çaykovski və Azərbaycan" mövzusunda çıxış etmiş, bu günlərdə iştirak etdiyi, P.İ.Çaykovskinin 175 illiyi münasibəti ilə Moskva vilayətinin Klin şəhərində keçirilmiş elmi-konfrans haqqında təəssüratlarını tamaşaçılarla bölüşmüşdür. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova bəstəkarın həyat və yaradıcılığı haqqında çıxış etmişdir. Onların çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış "Çaykovski və Azərbaycan" mövzusunda slayd-şou ilə müşayiət olunmuşdur. Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Əməkdar artisti Rəna Əliyevanın (vokal), Dilarə Əliyevanın (vokal), BMA-nın baş müəllimi İlahə Sadıxzadə (f-no), BMA-nın tələbələri Güllü Babaşova (vokal), Aysel Şahbazlı (f-no), Rəna Novruzbəyli (f-no), Arzu Hüseynova (f-no), 12-saylı musiqi məktəbinin şagirdləri Ayan Məmmədli (f-no), Nihat Məmmədov (skripka), Fidan Muxtarova (f-no), 6 sayli musiqi məktəbinin şagirdi Danil Tyuçinin ifalarında P.İ.Çaykovskinin əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktor müavini Konnov Aleksey Valentinoviç çıxış edərək muzeyə minnətdarlığını bildirmişdir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi






UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.