az | ru | en

18 mart 2015
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Novruz Bayramına həsr olunmuş “Baharın səsi” adlı tədbiri


18 mart 2015-ci il tarixində, saat 14:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Tarixi Muzeyi və “DA-ART” təsviri incəsənət mərkəzi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yeni binasında – Muzey Mərkəzində Novruz bayramına həsr olunmuş “Baharın səsi” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra Azərbaycanın xalq rəssamı Arif Hüseynov, “DA-ART” uşaq yaradıcılıq studiyasının rəhbəri Dilarə Atakişiyeva, “İçərişəhər” tarixi muzeyinin baş mütəxəssisi Fidan Seyidova çıxış etmişlər.
“Baharın səsi” adlı sərgidə “DA-ART” təsviri incəsənət mərkəzinin 16 batik və 20 kukla, 105 ədəd rəsm əsəri nümayiş olunmuşdur. Tədbirdə Uşaq teatrının “Günay” studiyası səhnəciklərlə, rəqs və musiqi nömrələri ilə çıxış etmişlər.
Həmçinin tədbirdə Azərbaycan Televiziyası və Radiosunun solistləri Aynur Isgəndərli, Aytac Şıxəlizadə, Nicat Cəfərzadə Nərgiz Ağayevanın müşaiyəti ilə maraqlı konsert proqramı təqdim etmişlər.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi








UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.